Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 32-34

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi. (Kəhf surəsi, 32-34)

Ayələrdə verilən bu nümunə ilə Allah insanların, hidayət əhli bir insan ilə Allaha iman etdiyini söylədiyi halda əslində inkarçılardan olan bir insan arasında müqayisə etmələrini istəyir. Ayədə bəhs edilən bağ sahiblərindən biri digərindən daha zəngindir. Məhz maldakı bu üstünlük, haqqında bəhs etdiyimiz insanın Allaha qarşı təkəbbürlənməsinə, eqoizmə qapılmasına səbəb olmuşdur.
Halbuki hər şeyi yoxdan var edən Rəbbimiz mülkün tək sahibidir. Allah mal və mülk verərək insanların necə davranacaqlarını sınayır. Bəzi insanlar bu mal və mülkü öz müvəffəqiyyətləri, səyləri və zəkalarıyla əldə etdiklərini zənn edərək nankorluq edərlər. Malın çoxluğuyla sevinər, bunu insanlar arasında təkəbbürlənmə və nüfuz mövzusu halına gətirirlər. Saleh möminlərin rəftarı isə Ali İmran surəsində bildirildiyi kimidir:
 
De ki: "Ey mülkün sahibi Allahım, dilədiyinə mülkü verərsən və dilədiyindən mülkü çəkib-alarsan, dilədiyini əziz qılar, dilədiyini alçaldarsan; Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən." (Ali İmran surəsi, 26)

Ayədə bildirilən bağ sahiblərindən biri, bağçaları və məhsulları özününkü olduğunu zənn edərək Allaha qarşı çox böyük bir nankorluq etmişdi. Əslində özünə aid olmayan, Allahın yalnız bir nemət və sınaq mövzusu olaraq verdiyi mallara öz ağlına görə sahib çıxmışdır. Bu sahiblənmə duyğusu ilə şiddətli bir eqoizmə qapılmışlar. Allah təkəbbürün çirkin olduğunu  ayələrdə bu şəkildə xəbər verir:
 
Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. Bütün bu qadağan edilmiş pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir. (İsra surəsi, 37-38)

Allah Quranın daha bir çox ayəsində belə kəslərin alacağı qarşılığı təsvir etmişdir. Bu ayələrdən bəziləri bunlardır:
 

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz! Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.  (Təkasur surəsi, 1-8)