Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 25-26

Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!”
(Kəhf surəsi, 25-26)

Bu ayələrdə Əshabi-Kəhfin mağarada yuxu halında üç yüz il qaldıqları bildirilir. Oyanmalarına  yaxın bir zamanda bu müddət uzadılmış və üç yüz ilin üzərinə doqquz il daha əlavə olunmuş ola bilər. Beləcə onlar mağarada üç yüz doqquz il qalmış ola bilərlər.
Kəhf surəsinin 26-cı ayəsində isə Allahın qeybə tam olaraq, hər istiqamətdən hakim olduğu bildirilir. Çünki göylərdə və yerdə olan hər cür hadisəni yaradan Allahdır. Ayələrdə Rəbbimizin bu sifəti bu şəkildə ifadə edilir:
 
Göylərin və yerin qeybi Allaha məxsusdur, bütün işlər Ona qayıdacaqdır; Elə isə Ona ibadət edin və Ona təvəkkül edin. Sənin Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir. (Hud surəsi, 123)

Allah ... Ondan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. (Onlar isə) Dilədiyi qədərinin xaricində, Onun elmindən heç bir şeyi qavrayıb-əhatə edə bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onların qorunması Ona çətin gəlməz. O, Ucadır, çox böyükdür. (Bəqərə surəsi, 255)
 
Allah, zamanın da yaradıcısıdır. Bu səbəbdən, Özü zamandan müstəqil, münəzzəhdir. Bizim üçün milyonlarla, milyardlarla il davam edəcək hadisələr, Rəbbimizin Qatında tək bir an olaraq mövcuddur. Allah, hər şeyi, sonsuz əvvəli və sonsuz sonranı, ən mükəmməl şəkildə, hər istiqamətdən, cəhətli və cəhətsiz olaraq görür və eşidir. Səsin bildiyimiz ya da bilmədiyimiz hər şəklini ən yaxşı şəkildə eşidir. Ənbiya surəsində də bildirildiyi kimi "... Mənim Rəbbim göydə və yerdə deyilən-sözü bilir; O, Eşidəndir, Biləndir." (Ənbiya surəsi, 4)

İnsan, zamana və məkana tabe olduğu üçün Allah bildirmədiyi müddətcə- qeybə dair bir məlumata sahib ola bilməz. Ancaq zamanı və məkanı yaradan Rəbbimiz keçmişi də, gələcəyi də, bu anı da əskiksiz olaraq görür və eşidir. Allah zamana, hadisələrə, tarixə, qədərə, maddəyə və canlı-cansız hər şeyə, sonsuz əvvəldə və sonsuz sonrada tam olaraq hakimdir. Allah, Bəqərə surəsində belə buyurur:
 
"Şərq də, Qərb də. Hər səmtə yönəlsəniz, Allahın üzü (qibləsi) oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 115)

Kainatdakı hər şeyin tək vəlisi və tək qoruyucusudur. Heç bir canlının Ondan başqa bir vəlisi, dostu, qoruyucusu yoxdur. İnsan çox acizdir. Bu səbəblə hər an, hər cür çətinliklə qarşılaşa bilər. Maddi və mənəvi çətinliklərdən xilas olmanın tək yolu yeganə dostumuz və ixtiyar sahibimiz olan Allaha sığınmaq, tək qoruyucu olaraq Onu bilməkdir. Allah ayələrdə bu şəkildə bildirir:
 
... Bilmirsənmi ki, Allah, həqiqətən, hər şeyə qadirdir. (Yenə) Bilmirsənmi ki, həqiqətən göylərin və yerin mülkü Allaha məxsusdur. Sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur. (Bəqərə surəsi, 106-107)
 
Həqiqət budur ki, göylərin və yerin mülkü Allaha məxsusdur; dirildir və öldürür. Sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur. (Tövbə surəsi, 116)
 
Şübhəsiz ki, mənim vəlim Kitabı nazil edən Allahdır və O, əməlisalehlərə himayədarlıq (vəlilik) edir. (Əraf surəsi, 196)

Kəhf surəsinin bu ayəsinin sonunda bildirildiyi kimi Rəbbimizin heç bir şəriki yoxdur. Allah hər şeyə gücü çatan, zamana, məkana, bildiyimiz və bilmədiyimiz bütün aləmlərə hakim olan tək varlıqdır. Onun bir şəriki yoxdur və olması da mümkün deyil. İxlas surəsində Rəbbimiz belə bildirir:

De ki: O Allah birdir. Allah Saməddir (hər şey Ona möhtacdır, sonsuzdur, heç bir şeyə ehtiyacı olmayandır). O, doğmamışdır və doğulmuşdur. Və heç bir şey Onun tayı deyil. (İxlas surəsi, 1-4)