Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 11

Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 11)

Əvvəlki ayələrdə də ifadə edildiyi kimi, Kəhf Əhli özlərini inkarçı sistemin təzyiqlərindən qorumaq üçün mağaraya sığınmışlar. Eyni şəkildə Axırzamanda da möminlər dünya üzərində çox böyük bir zülm sistemi quran faşizm və kommunizm kimi din və müqəddəsat düşməni, vətənlərini, millətlərini və dövlətlərini fəlakətə sürükləyən ideologiyaların təzyiqlərindən özlərini qorumaq üçün gizlənməyi seçəcəklər. Eynilə Kəhf Əhlinin yaşadığı dövrdə olduğu kimi bu tip rəhbərliklər altında olan müsəlmanların fikir azadlığı olmayacaq, düşüncələrini söyləyə bilməyəcəklər, çox böyük bir təzyiq altında olacaqlar.
Ancaq bu gizlənmə dövrü müsəlmanlar üçün çətin, narahat edici bir gözləmə deyil, tam əksinə hüzurlu və rahat bir gözləmədir. Ayədə keçən "... illərlə qulaqlarına vurduq" ifadəsiylə möminlərin gizləndikləri dövrdə, eynilə yuxudaymış kimi hüzur içində olacaqlarına işarə edilmişdir.

Bu dövr möminlər üçün təhsil, özünü inkişaf etdirmə, elmdə dərinləşmə və imanda güclənmə dövrüdür. İnkar edənlərin, əxlaqi dəyərlərə düşmən olanların, vətənə, millətə zərərli, təcavüzkar dairələrin cəmiyyət içində meydana gətirdikləri şiddət hadisələrindən, təzyiqdən, zülmdən, zorakılıqdan inananlar təsirlənməyəcək, eyni bir mağaradaymış kimi bütün çətinliklərdən uzaq olacaqlar. Bu vəziyyət, Allahdan bir rəhmət olaraq onları qoruyacaq.