Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 29

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir! (Kəhf surəsi, 29)

Möminlər insanlara Allahın dinini və Quran ayələrini izah edib, onları iman etməyə dəvət etdikdən sonra o kəslər üzərində bir təzyiq meydana gətirməzlər. Kitabın ilk hissələrində də izah etdiyimiz kimi hidayəti verəcək olan Allahdır. Möminlərin inkar edənlərə qarşı istifadə etdikləri üslub ayələrdə bu şəkildə bildirilir:
 
"Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm. Mənim ibadət etdiyimə siz ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim mənə." (Kafirun surəsi, 2-6)

Ancaq möminin vəzifəsi, qarşısındakı insanı inkar etdiyi təqdirdə, öldükdən sonra qarşılaşacağı cəhənnəm əzabıyla qorxutmaq və bu böyük təhlükəni xəbər verməkdir. Bu ayədə də inkar edənlərin qarşılaşacaqları sonsuz cəhənnəm əzabı izah edilir. O gün inkar edənlərin heç bir köməkçiləri və şəfaətçiləri olmayacaq.

Allah, "Cəhənnəm atəşinə, alçaldıcı bir şəkildə sürüdüləcəkləri gün" (Tur surəsi, 13) ayəsi ilə cəhənnəm əhlinin necə alçaldılacaqlarını bildirmişdir. Dünya həyatında yalnız mal və mövqe sahibi olduqları üçün təkəbbürlənənlər, insanlara zülm edənlər cəhənnəmdə çox yazıq və aciz olduqlarını anlayacaqlar. Cəhənnəm əhli "Əlləri boyunlarına bağlı olaraq ..." (Furqan surəsi, 13) atəşin dərin yerinə atılacaq, dumanlı bir kölgə içində qalacaqlar. Atəşin uğultulu səsini davamlı eşidəcək, sümükləri sızıldadan inləmələrə məruz qalacaq. Onlar bir əzabdan başqa bir əzaba sürüklənəcəklər, bütün yalvarışlarına baxmayaraq əzab onlardan qətiyyən yüngülləşdirilməyəcəkdir. Çünki cəhənnəm əzabından, "Qapıları kilidlənmiş bir atəş ..." (Bələd surəsi, 20) ayəsində ifadə edildiyi kimi qətiyyən bir qaçış yoxdur.