Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 77

Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
(Kəhf surəsi, 77)

Yollarına davam edən hz. Musa və hz. Xızır girdikləri qəsəbədə gözəlliklə qarşılanmamışdılar. Bu qarşılanmadan etdikləri səfərin çox çətin bir səfər olduğu aydın olur. Çünki şəhər əhalisi onları qonaq olaraq qəbul etmək, hətta onlara yemək verməkdən belə çəkinmişdir.
Bu ayədə Allah, doğrunu və faydalı elmi tapmaq üçün hər cür çətinliyə razı olunmasının məqbulluğuna işarə edir. Hz. Musa da, hz. Xızır ilə birlikdə ola bilmək, onun elmindən istifadə edə bilmək və öyüdlərindən faydalana bilmək üçün hər cür çətinliyə razıdır. Bu bütün inananlar üçün də bir ibrət xüsusiyyətinin göstəricisidir. Müsəlmanlar da bənzər bir vəziyyətlə qarşılaşdıqlarında eyni qətiyyəti və gözəl əxlaqı göstərməlidirlər.
Ayədə həmçinin hz. Xızırın son dərəcə qabiliyyətli, məharətli və sürətli bir kimsə olduğuna işarə edilir. Bu, həm daha əvvəl gəmini içindəkilərə heç hiss etdirmədən korlaya bilməsindən, həm də divarı inşa edərkən etdiyi işin sürətindən və möhkəmliyindən aydın olur. Allah ayəsində "dərhal onu inşa etdi" deyə bildirərək bu sürətə və təcrübəyə işarə etmişdir. Həmçinin, hz. Xızır gəmini deşərkən də çox böyük bir hünər göstərmişdir. Gəmini məhv etməmiş, yalnız bir neçə kiçik ziyanla, qarşı tərəfin bəyənməyəcəyi bir hala gətirmişdir. Buradan hz. Xızırın divarın və gəminin düzəldiyi vəsaitə tam bir hakimiyyəti olduğu aydın olur.
Ayənin davamında hz. Musa üçüncü və son dəfə hz. Xızıra bir sual verir. Halbuki hz. Xızır ödəniş alıb-almaması lazım olduğunu onsuz da Allahın özünə verdiyi elmlə çox yaxşı bilir.

Bir insanın etdiyi iş qarşılığında ödəniş alması zərurəti yoxdur. Bəzi hallarda ödəniş alınarkən, bəzilərində alınmaya bilər. Bu, vəziyyətə və şərtlərə görə dəyişə bilər. Mömin bütün etdiklərini sırf Allah rizası üçün edər. Etdiyi hər hansı bir iş ödənişli ola bildiyi kimi pulsuz da ola bilər. Ödənişli olduğunda da alınan pul yenə yalnız Allah rizası üçün istifadə edilər. Ödəniş alıb almama qərarı, elçinin və ya peyğəmbərin Allahın verdiyi elm və əmrlər istiqamətində öz təqdiridir.