Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 15

Cavanlardan biri o birilərinə dedi: “Bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! (Kəhf surəsi, 15)

Bu ayədə, Kəhf Əhlinin öz millətlərinə qarşı etdikləri təbliğ fəaliyyətindən bəhs edilir. Onlar öz dövrlərindəki müşrik topluluqlara Allahın dinini təbliğ etmiş, onlardan Allaha şirk qoşmaqdan imtina etmələrini istəmişlər. Həmçinin müşrik topluluqlarını küfrünü əsaslandıracaqları bir dəlil göstərməyə dəvət etmişlər, onlar bir dəlil gətirə bilmədiklərində də müşriklərin yalançılıqlarını və iftiralarını açıqlamışlar.
Eynilə Kəhf Əhlinin yaşadığı dövrdə olduğu kimi əsrimizdə də müsəlmanlar Allahdan başqasını özünə tanrı edənlərdən dəlillər istəyirlər. Axırzamanda maddəni və təsadüfləri ilah olaraq tanıdan bütpərəst bir inanc mövcuddur; bu inanc darvinizmdir.
Darvinizm, bütün kainatın özbaşına və təsadüflər nəticəsində meydana gəldiyini iddia edən, təbiətdə yalnız güclü olanın həyatda qalacağı şəkildə qarşıdurmaya və şiddətə əsaslanan bir sistem olduğunu müdafiə edən din əleyhdarı bir iddiadır. Həqiqətdə Allahın sonsuz güc və qüdrəti ilə yoxdan var etdiyi cansız və canlı varlıqları, özbaşına təsadüflərin meydana gətirdiyini iddia edən darvinistlər bu iddiaları ilə Allaha qarşı çox böyük bir böhtan atırlar.
Üstəlik, bu böhtanlarını möhkəmləndirmək üçün yalanlara və saxta dəlillərə əl atırlar. Darvinizmin tarixi, Piltdoun adamı, Nebraska adamı, rekapitulyasiya nəzəriyyəsi, saxta dino-quş "Arkeoraptor" kimi hər cür saxtakarlıqlarla doludur. Saxta dəlillər çıxaran, xəyali rəsmlər və ssenarilərlə insanlara keçmişdə təkamül prosesi baş vermiş kimi göstərməyə çalışan, elmi məlumatları heç tərəddüd etmədən təhrif edən, müxtəlif təlqin metodları istifadə edən darvinizm, çox böyük bir hiyləgərlik və göz boyamadan ibarətdir. (Ətraflı məlumat üçün baxın. Darvinizmin Qaranlıq cadusu, Harun Yəhya)
Məhz Axırzamanda müsəlmanların qarşısındakı ən böyük din düşməni fikir sistemlərindən biri darvinizmdir. Müsəlmanlar da, eynilə Kəhf Əhli kimi, Allahın varlığını rədd edib, təsadüfləri ilah edən darvinist iddialarını sübut edəcək dəlillər istəyirlər. Ancaq darvinistlər bunun qarşılığında yenə yalana və müxtəlif saxtakarlıqlara müraciət edir, demaqoq üsullar istifadə edərək qəti bir dəlil ortaya qoymaqdan çəkinirlər. Çünki darvinistlərin də, bütün inkarçı birliklər kimi əllərində, iddialarını dəstəkləyəcək heç bir dəlilləri yoxdur. (Ətraflı məlumat üçün baxın. Təkamül yalanı, Harun Yahya, Vural Nəşriyyat)

Hər şeyin təsadüflərin əsəri olduğunu iddia edən darvinizm, bu istiqamətiylə Allaha qarşı açıq şəkildə böhtan atır. Allah, Kəhf surəsinin 15-ci ayəsində bəhs edilən "Elə isə Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?" şəklindəki ifadəylə darvinistlərin bu zalımlıqlarına da işarə edir.