Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 49

Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)

Kəhf surəsinin bu ayəsində Allah inkarçıların hesab günündə yaşayacaqları dəhşəti xəbər verir. Ayədə diqqət çəkilən bir başqa mövzu, inkarçıların dünyada etdikləri hər hərəkəti qarşılarında gördüklərində yaşadıqları çaşqınlıqdır. Bu insanların çaşqınlığa düşmələrinin səbəblərindən biri, Allahın bütün zamanları və hadisələri əhatə əhatə etdiyi, bunların hamısına hakim olduğu həqiqətindən qafil olmalarıdır.
Kitabın əvvəlki hissələrində də tez-tez xatırladtığımız kimi Allah qatında keçmiş, indiki zaman və gələcək eyni anda olub bitmişdir. Qədər, Allahın, keçmişdə yaşanmış, hal-hazırda hələ də yaşanan və gələcəkdə yaşanacaq olan bütün hadisələri ən incə təfərrüatlarına qədər bilməsidir. Rəbbimiz, bu hadisələrin hamısını bilir ancaq bu, bizim bir şeyi məlumat olaraq bilməmiz kimi deyil. Bu hadisələrin hamısını yaradan Allahdır. Buna görə Allah hər insanın həyatındakı hər saniyənin hakimidir.
İnsanlar isə, Allahın qədərlərində təyin etdiyi və Onun qatında tək bir an olaraq mühafizə edilən hadisələrə, özləri üçün zamanı gəlincə yaşayıb şahid olurlar. Lakin insanların çox böyük bir hissəsi bu həqiqətin fərqində deyil və batil qədər anlayışına malikdir. İnsanlar arasında "alın yazılarını dəyişdirə biləcəkləri" ya da "qədərlərini məğlub edəcəkləri" şəklində batil bir inanc vardır. Məsələn, bir qəzadan son anda xilas olan bir adam çox insana görə guya "qədərini məğlub etmişdir". Halbuki bu adamın keçirəcəyi qazanın bütün təfərrüatları, bu adamın qəzadan xilas olması, nə böyüklükdə bir yara alacağı, bu yaranın neçə gün içində müalicə olacağı o adamın qədərində yazılmışdır. O adam qədərində yazıldığı üçün qəzadan xilas olmuş və ölməmişdir. Yoxsa heç kimin taleyini dəyişdirməsi mümkün deyil. "Qədərimi məğlub etdim" deyərək özlərini aldadanlar bu cümləni söyləmələri və belə səhv bir psixologiyaya girmələri də, yenə qədərlərindədir. Qədər, bütün zamanları eyni anda bilən və bütün zamanlara və məkanlara hakim olan Allahın elmidir.

Məhz bu səbəblə hesab günü, insanlar etdikləri hər işi, söylədikləri hər sözü, içlərindən keçirdikləri hər niyyəti qarşılarında görəcəklər. Bəlkə özlərinin belə unutduğu incəliklər, hesab günü Rəbbimizin diləməsi ilə onlara bildiriləcəkdir. İnsanlar etdikləri bir pisliyin və ya söylədikləri pis bir sözün üzərindən illər, hətta əsrlər keçdiyini düşünərək bunun unudulacağına zənn edirlər. Halbuki hesab günü yaşananlar da, o insanların minlərlə il əvvəl dedikləri anda etdikləri də əslində Allah üçün bir an hökmündədir. Bu səbəblə insanların etdikləri işlərin gizli qalacağını, unudulacağını, qarşılarına çıxmayacağını düşünmələri çox böyük bir ağılsızlıq olar.