Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 62

Onlar dənizlərin qovuşduğu yerdən çıxıb getdikdə Musa öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük” – dedi. (Kəhf surəsi, 62)

Ayədə, hz. Musa ilə gənc köməkçisinin, axtardıqları yeri keçdikdən sonra yorulduqları və yemək yemə ehtiyacı hiss etdikləri xəbər verilir. Yeməklərini hazırlamaq istədikdə isə balıq ağıllarına gəlmiş və beləcə balığı unutduqlarını anlamışlar.
Allah onlara ilk əvvəl balığı unutdurmuş, daha sonra da qədərlərində təyin olunmuş bir anda onların bu unutduqları mövzunu xatırlamalarını təmin etmişdir. Bu xatırlama ilə də görüş yerinə və görüş nöqtəsinə diqqətlərini çəkmişdir.

Allahın görüş yerinin təsbitində, hz. Musa və köməkçisinin ağıllarına mütləq gələcək olan balığı seçməsi əhəmiyyətlidir. Çünki onlar, uzun səfər sonrası mütləq yorulacaq və acacaqlar. Bunun gerçəkləşməsi Allahın izni ilə qəti olan bir hadisədir. Və acdıqları zaman yanlarında yemək üçün gətirdikləri balığa yönəlmələri də mütləq reallaşacaq bir hadisədir. Acdığında yemək yemək hər insan üçün zəruri bir ehtiyacdır. Aydın olur ki, Allahın görüş yerinin təyinində yanlarında yemək olaraq saxladıqları balığı seçməsinin hikmətlərindən biri də bu ola bilər.