Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 18

Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. (Kəhf surəsi, 18)

Zəmanəmizdə də bir qisim müsəlmanlar bir növ rəhmani yuxu içindədirlər. Bunun sayəsində, insanları dindən uzaqlaşdırmağa çalışan materialist ideologiyaların səbəb olduğu bəlaların dəhşətindən və şiddətindən təsirlənmirlər. Bu materialist cərəyanlar üzündən meydana gələn əxlaqi degenerasiyadan, zülm və qarışıqlıqdan təsirlənmədən Quran əxlaqını yaşamağı davam edirlər.
Kəhf Əhlinin də yaşadığı xəbər verilən bu yuxu halının səbəbi isə qədərə tabe olmanın gətirdiyi təvəkkül və hüzur ola bilər. Çünki bütün kainatı bir qədər üzrə yoxdan yaradan Allah, dünyada baş verən bütün hadisələri də müsəlmanların lehinə tənzim edir. Rəbbimiz bir ayəsində, "... Allah, kafirlərə möminlərin əleyhinə olan bir yol verməz" (Nisa surəsi, 141) şəklində buyurmuşdur. Bu, müsəlmanlar üçün böyük bir müjdədir və hüzur vəsiləsidir. Dünya üzərində reallaşan hər hadisənin müsəlmanlar üçün müsbət və xeyirli olduğunun bir işarəsidir.
Müsəlmanların yaşadıqları bu hüzur və təhlükəsizlik duyğusunun bir başqa səbəbi də, Allahın səmimi qullarını mütləq müvəffəqiyyətə çatdıracağını vəd etmiş olmasıdır. Ayədə iman edənlər belə müjdələnir:

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir: Heç şübhəsiz onlardan əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə, onları da yer üzündə “güc və iqtidar sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərinə məskun edib möhkəmləndirəcək və onların qorxusunu sonra təhlükəsizliyə çevirəcək. Onlar, yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar. Kim bundan sonra küfr edərlərsə, şübhəsiz ki, əsl fasiqlərdir. (Nur surəsi, 55)

Yuxarıdakı ayədə bildirildiyi kimi, Allah saleh qullarını, hər nə cür çətinliklə qarşı-qarşıya olurlarsa olsunlar, təhlükəsizliyə çıxaracağını müjdələyir. Bu da, Kəhf Əhli kimi dövrümüzdə də səmimi müsəlmanların hüzur içində işlərini davam etdirməsinə bir səbəbdir.
Həmçinin müsəlmanlar Allahın diləməsi xaricində başlarına heç bir şey gəlməyəcəyini də çox yaxşı bilir və bunun rahatlığını yaşayırlar. Allah, Özünə təslim olmuş, qədərə iman edən və tam bir təvəkkül göstərən möminlərin necə bir qətiyyətə sahib olduqlarına belə diqqət çəkmişdir:
 
De ki: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim himayədarımızdır. Və möminlər yalnız Allaha təvəkkül etsinlər." (Tövbə surəsi, 51)

 Kəhf surəsinin 18-ci ayəsində diqqət çəkilən bir digər mövzu da heyvan sevgisidir. Bu ayədə Kəhf Əhlinin itlərindən söz edilərək, müsəlmanların bağçalarında təhlükəsizlik məqsədiylə gözətçi it saxlaya biləcəklərinə işarə edilmiş ola bilər. İt etibarlı bir canlıdır, dostcasına bir rəftarı vardır, sahibinə sadiqdir, təhlükəni dərhal fərq edə biləcək qədər həssasdır və refleksi çox yüksəkdir. Bu səbəbdən ayədə, müsəlmanların əvvəlcə Allaha sığınıb, daha sonra da özlərini qorumaq üçün bir tədbir olaraq gözətçi it saxlaya biləcəklərinə işarə edilir.
Möminlər, heyvanları qoruma məqsədindən başqa, onlara duyduqları sevgi və şəfqət səbəbiylə də yanlarında saxlayarlar. Quranda bu mövzuda hz. Süleyman nümunə verilir. Ayələrdə hz. Süleymanın atlara olan sevgisi bu şəkildə bildirilir:

Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, çapar atlar göstərildi. Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum ”. Sonunda bu atlar (qaçdılar və toz) pərdəsinin arxasında gizləndilər. Süleyman: “Onları yanıma qaytarın!” – dedi. O, atların ayaqlarını və boyunlarını oxşamağa başladı. (Sad surəsi, 31-33)