Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 47-48

O gün Biz dağları hərəkətə gətirəcəyik. O vaxt yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini kənara buraxmayacağıq. Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. Biz deyəcəyik: “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.
(Kəhf surəsi, 47-48)

Bütün insanların ölüm vaxtlarının təyin olması kimi kainatın da bir ölüm anı vardır. Bu an Quranda "qiyamət" olaraq adlandırılmışdır. Ancaq qiyamət saatının nə vaxt olduğunun məlumatı yalnız Allahın yanındadır. Bu həqiqət bir ayədə belə bildirilir:
 
Qiyamət saatının məlumatı, şübhəsiz Allahın yanındadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz. Heç kim də, hansı yerdə öləcəyini bilməz. Heç şübhəsiz ki, Allah biləndir, xəbərdardır. (Loğman surəsi, 34)

Kəhf surəsinin bu ayələrində isə insanların qiyamət saatı mövzusundakı təxminlərinə işarə edilir. İnsanların uzaq zənn etdikləri qiyamət saatının yaxınlaşdığını Allah Quranda, "İnsanların haqq-hesab vaxtı (qiyamət) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər." (Ənbiya surəsi, 1) ayəsiylə bildirmişdir.
İnsanların böyük bir hissəsi bu dünya həyatının heç sona çatmayacağını inanır, qiyamət gününün də əsla gəlməyəcəyini iddia edərlər. Ölümün yox olmaq olduğunu düşünər, hesab gününün varlığını inkar edərlər. Qiyamətin, yer üzü, içində olanlar və kainatda var olan hər şey üçün yox olma olduğu doğrudur, ancaq bu yox olma onların zənn etdikləri kimi bir son deyil, əksinə sonsuz axirət həyatının başlanğıcıdır.
Allah hər insanı yoxdan var edər və qədərdə təyin etdiyi müddətdə canını alar. Hər insanın hansı gün, hansı saat, hətta hansı saniyə, harada və necə öləcəyi Allah Qatında müəyyəndir. Ölüm insan üçün bilinməyən olsa da, zamandan və məkandan münəzzəh olan Rəbbimiz bütün bu məlumatları əhatə etmişdir.
Allah qiyamət günündə necə bir mühit meydana gələcəyini də Quranda bildirmişdir. O gün möminlər "Ey bəndələrim, bu gün sizin üçün qorxu yoxdur və siz qəm-qüssə içində olmayacaqsınız." (Zuxruf surəsi, 68) ayəsində Allahın vəd etdiyi kimi qorxu hiss etməyəcəklər. İnkar edənlər üçün isə olduqca çətin bir gün olacaqdır.
Möminlər, həyatları boyunca Allahı razı etməyə, Allahın əmr etdiyi ibadətləri dəqiqliklə yerinə yetirməyə və Allahdan gərəyi kimi qorxub çəkinməyə qarşı göstərdikləri etinanın qarşılığını ən gözəl şəkildə alacaqlar. Allah onlara inkar edənlərin duyduğu çaxnaşmanı, peşmanlığı və bədbəxtliyi hiss etdirməyəcəkdir. Allah möminlərin axirətdəki vəziyyətlərini Quranda belə xəbər vermişdir:
 

 O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur. (Hədid surəsi, 12)