Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 83

Səndən Zülqərneyn barəsində soruşurlar. De: “Sizə ondan ”öyüd-nəsihət və xatırlatma” olaraq (bəzi məlumatlar) verəcəyəm”. (Kəhf surəsi, 83)

Ayənin əvvəlində bəhs edilən bu "öyüd-nəsihət və xatırlatma" ifadəsi son dərəcə əhəmiyyətlidir. Çünki tarix boyunca hz. Zülqərneyn hekayəsi müxtəlif şərhçilər tərəfindən çox fərqli şəkillərdə açıqlanmışdır.
Ancaq Allah hz. Zülqərneyn hekayəsinin ilk ayəsində bu hekayənin danışılmasının hikmətlərindən bəzilərini bizlərə açıq şəkildə bildirir: Möminlərə bir xatırlatma, öyüd vermə və hikmət bildirmə ...
Kəhf surəsindəki digər hekayələrdə olduğu kimi, hz. Zülqərneyn hekayəsində da möminlərə İslam əxlaqının nümunələri verilir, ibrət alınacaq hadisələr çatdırılır. Ayələrdə izah edilənlər çox açıqdır və başa düşülməsi çox asandır. Ayələrin oxunduğu anda aydın mənası, bu qissələri təfəkkür etməyimiz və dərs çıxara bilməyimiz üçün üçün kifayətdir. Allah Hud surəsində belə buyurur:
 
Əlif, Lam, Ra. (Bu,) ayələri möhkəm qılınmış, sonra hökm və hikmət sahibi və hər şeydən xəbərdar olan (Allah) tərəfindən bir-bir (bölüm-bölüm) izah edilmiş bir Kitabdır (Hud surəsi, 1)

Bu vəziyyətdə iman edən bir insan, Quran ayələrini səmimiyyətlə, dərs və ibrət alma qəsdiylə oxumalıdır. Allah "Quran ayələrinin açıq olduğunu " (Həcc surəsi, 16) bir çox ayəsində bildirmişdir. Bu ayələrdən bəziləri belədir:
 
Ramazan ayı ... İnsanlar üçün hidayət olan və doğru yolu və (haqq ilə batili bir-birindən) ayıran açıq dəlilləri (əhatə edən) Quran onda nazil  olmuşdur... (Bəqərə surəsi, 185)

... Sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah, razılığına uyanları bununla qurtuluş yollarına çatdırar və onları Öz izni ilə zülmətlərdən nura çıxarar. Onları doğru yola yönəldər. (Maidə surəsi, 15-16)