Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 109

De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı”. (Kəhf surəsi, 109)

Bu ayədə Allahın sonsuz elmi bir örnəklə insanlara təsvir edilir. Allah göylərin, yerin, bu ikisi arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, elmlərin, hər an meydana gələn bütün hadisələrin məlumatına malikdir. Çünki hamısının Yaradıcısı Odur.
Allahın “bilməsi” sərhədsizdir; O eyni anda dünya üzərində doğan və ölən insanların şəxsiyyətlərini, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyardlarla qalaktika içindəki milyardlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da əsla tamamlaya bilməyəcəyimiz hər şeyi bilir. Allah, yer üzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyardlarla insanın, heyvanın və bitkinin hüceyrələrində kodlu olan şifrələri də bilir. Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah insanın içinə və xaricinə da hakimdir. Necə ki, Allahın bu sonsuz məlumatı bir çox ayə ilə də bildirilmişdir. Ayələrdən bəziləri belədir:
 
Məgər görmürsənmi ki, göylərdə və yerdə olanlar və qanad açıb uçan quşlar Allahın şəninə təriflər deyir. Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini biləndir. (Nur surəsi, 41)
 
Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.  (Hud surəsi, 5)
 
O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.  (Bəqərə surəsi, 255)
 

O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir.. (Ənam surəsi, 3)