Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 37

Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra bir damla sudan yaradan, daha sonra səni düzgün (sağlam və güclü) bir insan edən Rəbbinə küfrmü edirsən? (Kəhf surəsi, 37)

Bu ayədə bir insanı gözəl əxlaqa dəvət edərkən, ya da xatırladarkən möminlərin necə bir yol seçdiyi təsvir edilir. Əgər bu insan Allah qarşısındakı acizliyini unutmuşsa və təkəbbürlənirsə, ediləcək ən yaxşı şey, ona acizliyini xatırlatmaqdır.
Necə ki, ayədə də digər bağın sahibi olan iman əhli insan, təkəbbürlənən insana "torpaqdan və bir damla sudan yaradıldığını" xatırladaraq onu gözəl əxlaqa dəvət edir. Bu dəvətin -Allah dilərsə- insan üzərində müsbət bir təsir meydana gətirəcəyi açıqdır. Digər bağın sahibi təkəbbürlərlənən bağ sahibinin imanının zəif olduğunu fərq etmiş, onun imanını möhkəmlətmə ehtiyacı olduğunu hiss etmişdir. İman həqiqəti izah etmək də bir insanın imanını gücləndirmədə təsirli ola biləcək ən gözəl yollardan biridir.
Öz məhsullarının daha üstün olduğunu iddia edən bağ sahibinin danışıqları bir müsəlmanın danışıqlarına bənzəmir; əksinə inkarçı bir üslubu xatırladır. Bu səbəblə də iman əhli olan bağ sahibi, sualının sonunu "inkarmı etdin?" şəklində bitirir. Bəlkə digər adam açıq şəkildə Allahı inkar etdiyini söyləmir, amma istifadə etdiyi sözlər Allaha qəti olaraq iman etmədiyini göstərir. Diliylə "inanıram" desə də, amma həqiqətən Allahın hökmlərinə əməl etmir. Bu ziddiyyət əslində açıq şəkildə dini və Allahı inkar etmək mənasına gəlir.
Xalq arasında belə ziddiyyətli xarakterlərə tez-tez rast gəlinir. İnsanların böyük hissəsi iman etdiklərini söyləyir, ancaq Allahın razı olacağı kimi bir həyat yaşamır. Quran əxlaqına zidd davranır və Peyğəmbərimiz (s.ə.v)-in yolu ilə getmir. Kitabın əvvəlki hissələrində də üzərində dayandığımız kimi, bu əxlaqa sahib olan insanlar bütün bu inkarı ifadə edən sözlərinə və davranışlarına baxmayaraq, cənnətə gedəcəklərini inanır, özlərini doğru yolda zənn edirlər. Amma əslində özlərini aldadırlar. Allah belə insanların vəziyyətinə Quranda belə diqqət çəkmişdir:

Ayələrimizi və axirətə qovuşmağı doğru hesab edən, onların əməlləri boşa çıxmışdır. Onlar etdiklərindən başqasıylamı cəzalandırılacaqlarını sanırlar? (Əraf surəsi, 147)