Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 59

Budur haqsızlıq etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik. (Kəhf surəsi, 59)

Bu ayədə Allahın hökmlərinə qarşı çıxan heç bir millətin və ölkənin baki qalamayacağına işarə edilir. Allaha və dinə hörməti olmayan, Quran əxlaqına zidd hərəkət edən hər cəmiyyət mütləq viran olacaq, tarix səhnəsindən silinəcək.
Tarix boyunca Allahın hökmlərinə qarşı düşməncə bir siyasət aparan, İslam əxlaqına qarşı sanki müharibə elan edən bir çox birlik olmuşdur. Son 100 il içində dünyanı qana bulayan kommunist rəhbərliklər bunun ən yaxın nümunələridir. Kommunizmin iqtidara gəldiyi ölkələrdə dini təşkilatlar aradan qaldırılmış, dindar xalqa qarşı çox böyük bir zülm siyasəti aparılmış, din adamları mərhəmətsizcə qətl edilmiş, müqəddəs kitabların oxunması belə qadağan edilmişdir. Ancaq bu rejimlərin heç biri qalıcı ola bilməmişdir; bu gün geri dönüb baxdığımızda hər birinin tək-tək tarix səhnəsindən çəkildiyinə şahid olarıq.
Quranda da insanlara zülm etməyi bir siyasət halına gətirmiş bir çox qövmün nümunəsi verilir. Bu qövmlərdən biri də Firon və öndə gələn ətrafıdır. Firon hz. Musanın təbliğini açıq şəkildə inkar etmiş, iman edənlərə böyük zülmlər tətbiq etmişdir. Ancaq onun təzyiq və şiddət baxımından güclü olan rəhbərliyi də qalıcı olmamış, çox böyük bir fəlakətlə yer üzündən silinmişdir. Fironun başına gələnlər ayələrdə belə xəbər verilir:
 
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam!” Firona deyildi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir. (Yunis surəsi, 90-92)

Bu kimi zalım rejimlərin müəyyən bir müddət iqtidarda qalmaları, zülmlərini müəyyən bir dövr ərzində davam etdirmələri isə Allahın dünya həyatında yaratdığı imtahanın bir gərəyidir. Allah bir ayəsində hz. Məhəmməd (s.ə.v)-ə "Allahı Zalımların etdikləri əməllərdən əsla qafil sanma, onları yalnız gözlərin dəhşətlə bərələcəyi bir günə təxirə salır." (İbrahim surəsi, 42) şəklində səslənərək, zülm edənlərin mütləq qarşılıq görəcəklərini bildirmişdir. Dünya üzərindəki bu zülmün yaradılış hikməti isə Bəqərə surəsində bu şəkildə açıqlanır:
 
And olsun ki, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə ver. Onlara bir müsibət üz verdikdə, deyərlər ki: "Biz Allaha aid (qullar) ıq və Ona da qayıdacağıq." (Bəqərə surəsi, 155-156)

Ayədə həmçinin bu ölkələrin "zülmləri"ndən ötrü əzabla qarşılıq gördüklərindən bəhs edilir. Bu nöqtədə Qurandakı zülm anlayışını araşdırmaq lazımdır. Quranda zülm edənlərin Allaha şirk qoşan, Onun ayələrini inkar edən, elçiləri yalan hesab edən kəslər olduqları xəbər verilir. Allah "... ancaq zalımlardan başqası, Bizim ayələrimizi inkar etməz." (Ənkəbut surəsi, 49) ayəsiylə bu həqiqəti bizlərə bildirmişdir. Bu mövzudakı ayələrdən bəziləri bunlardır:
 
Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə əsla inanmayacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin.  ... "(Səba surəsi, 31)
 
Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular. (Əraf surəsi, 148)
 
Özlərinə aydın dəlillər gəldiyi və Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqları halda, iman gətirdikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım bir qövmü doğru yola yönəltməz. (Ali İmran surəsi, 86)
 
Ayələrimizi istehza edənləri gördüyün zaman: onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Şeytan sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma. (Ənam surəsi, 68)

Yuxarıdakı ayələrdə xəbər verildiyi kimi, Allahın kitablarını inkar edənlər, Allahdan başqa varlıqları ilah olaraq qəbul edənlər, elçilərin haqq olduğunu gördükləri halda imanlarından sonra inkara düşənlər, Allahın ayələri ilə istehza edənlər zalımlardır. Rəbbimizin Quranda zülm olaraq xarakterizə etdiyi daha bir çox pis davranış vardır. Qısacası zülm, Allahın əmr etdiyi əxlaqı mənimsəməyən və Onun əmr etdiyi ibadətləri yerinə yetirməyən, Allaha və dinə qarşı təkəbbürlü olan, axirəti və hesab gününü inkar edən insanların və xalqların bütün davranışlarıdır.
Ancaq bunu da unutmamaq lazımdır ki, Quranda inkar edən hər qövmün və hər insanın, həm dünya həyatında, həm də axirətdə çox böyük bir əzaba düçar olacağını bildirilmişdir. Allah bir ayədə bu şəkildə bildirir:
 
İnkar edənləri isə, dünyada və axirətdə şiddətli bir əzabla cəzalandıracağam. Onların heç bir köməkçisi yoxdur. (Ali İmran surəsi, 56)

Görüldüyü kimi, ayədə zülm edən hər birliyin mütləq Allahın sonsuz əzabıyla qarşılaşacağı, dünya həyatında da əzaba düçar olacağını bildirilir. Bu əzab anı isə Kəhf surəsində "görüşmə zamanı" olaraq ifadə edilmişdir. Bu an gəldiyində zülm edən birlik nə qədər güclü, nə qədər izdihamlı, ya da nə qədər sərt olarsa olsun mütləq məhv olacaq, yer üzündən silinib gedəcək. Çünki bu, Allahın bir qanunudur.
Quranda diqqət çəkilən bir başqa mövzu isə müsibətin əvvəlində, əgər bir ölkə xalqı kütləvi olaraq həlak ediləcəksə, o qövmə göndərilən elçi ilə müsibəti yerinə yetirməklə vəzifəli mələklərin görüşmə zamanı olduğudur. Bu görüşmədə, elçi və vəzifəli mələklər bəhsi keçən qövm üçün əzabın gələcəyi anı təsbit edərlər. Quranda bu mövzuda verilən bir nümunə hz. Lutu mələklərin ziyarət etməsidir.
Hz. Lut azğın qövmünü uzun müddət boyunca iman etməyə dəvət etmiş, yaşadıqları azğınlığı tərk etmələri üçün onlara xəbərdar etmişdir. Ancaq Allahın ayələrini inkar edən və əxlaqsızlığı həyat şəkli halına gətirən Lut qövmü, hz. Lutun bu dəvətini həmişə rədd etmiş və inkar etməkdə dirənmişlər. Bundan sonra həlak olmaq, onların üzərinə haqq olmuşdur. Bu həlak xəbərini isə mələklər hz. Luta səfər etdikləri zaman bildirmişlər. Ayələrdə bu ziyarət bu şəkildə çatdırılır:
 
Elçilərimiz Lutun yanına gəldikləri zaman o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Dedilər ki: "Qorxma və kədərlənmə. Arvadın xaricində, səni və ailəni xilas edəcəyik. O isə, arxada qalacaq." "Şübhəsiz ki, Biz, fasiqlik etmələrindən ötəri, bu ölkə xalqının üstünə göydən bir əzab endirəcəyik." (Ənkəbut surəsi, 33-34)
 
Elçilər Lut əhlinin yanına gəldikdə o dedi: “Siz yad adamlarsınız!” Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik. Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq. Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”. (Hicr surəsi, 61-65)

Ayələrdə də görüldüyü kimi elçilər hz. Lutu ziyarət etdiklərində ona, baş verəcək dağıntını xəbər vermiş və əzabın "vuruş anı" nı müəyyənləşdirmişlər. Bu zaman hz. Lut qövmü üçün "dan yerinin ağarma vaxtı" olaraq təyin olunmuş və ayələrdə belə xəbər verilmişdir:

Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər. Günəş doğanda qorxunc səs onları yaxaladı. Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq. Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır. (Hicr surəsi, 72-75)