Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 21

Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!” – dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!” – dedilər. (Kəhf surəsi, 21)

Bu ayə Kəhf surəsində qiyamət əlamətlərinə və Axırzamana istiqamətli çox əhəmiyyətli işarələr olduğuna açıq şəkildə diqqət çəkir.
Kəhf Əhlinin insanlar tərəfindən tapılması isə, yaxşı insanların yaxşılarla öz-özlərinə görüşəcəklərinə, bir-birlərindən uzaqda olsalar da bir gün mütləq bir yerə gələcəklərinə işarə ola bilər. Allah, "... Elə isə xeyirlərdə yarışın. Hər harada olsanız, Allah sizi bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir!" (Bəqərə surəsi, 148) ayəsiylə də eyni həqiqəti xəbər vermişdir.
Ayədə həmçinin, insanların, Kəhf Əhlinin olduğu yerdə bir məscid tikdirmək haqqında danışdıqlarından da bəhs edilir. Bu ayədə, yaxşı və etibarlı insanların həyatlarını keçirdikləri yerlərə binalar və məscidlər tikmənin məqbulluğuna diqqət çəkilir. Bunun məqsədi həm sevilən insanları yada salmaq, həm də bu vəsilə ilə o məkanları bir növ təhsil və ibadət yeri halına gətirməkdir. Bunun sayəsində faydalı düşüncələrin və gözəl əxlaqın insanlar arasında yayılması təmin ediləcək. Bu kimi yerlər, iman edənlərin bir yerə gələcəkləri və birlikdə Allahın adını anacaqları məkanlar olacaq.
Quranda bir çox ayədə məscidlərdə yalnız Allahın anıldığına və məscidlərin əhəmiyyətinə diqqət çəkilir. Allah ayələrdə belə buyurur:
 
Onlar ancaq “Rəbbimiz Allahdır” – dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc surəsi, 40)  
 

Şübhəsiz ki, məscidlər (yalnız) Allaha aiddir. Elə isə, Allah ilə yanaşı başqa heç bir şeyə (və kimsəyə) ibadət etməyin (dua etməyin, sitayiş etməyin). (Cin surəsi, 18)