Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 9-10

Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər. (Kəhf surəsi, 9-10)

Bu ayələrdə Kəhf və Rəqim əhlinin fövqəladə vəziyyətlərinə diqqət çəkir. Hekayənin davamında da görüləcəyi kimi, Kəhf Əhlinin yaşadıqları qeyri-adi, metafizik hadisələrdir. Həyatlarının hər anı möcüzəvi inkişaflarla doludur. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Axırzamanla əlaqəsinə diqqət çəkilən Kəhf Əhlinin Quranda izah edilən bu vəziyyəti, Axırzamanda da insanların qeyri-adi, metafizik hadisələrlə qarşılaşacağına bir işarədir.
Ayənin davamında Axırzamanda gənclərin böyük məsuliyyətlər boyunlarına götürəcəklərini işarə edilmiş ola bilər. Bu dövrdə inkarçı fəlsəfələrlə fikri mübarizə aparılmasında, haqq dinin izahında, insanlara istiqamətli zülmün qaldırılmasında gənclər əhəmiyyətli vəzifələr boyunlarına götürəcəklər. Quranda dinin izahı mövzusunda gənclərin daşıdığı əhəmiyyətə başqa ayələrdə də diqqət çəkilir. Məsələn, Kəhf surəsində hz. Musanın "gənc bir köməkçisi" olduğu xəbər verilir. Bir ayədə isə hz. Musaya öz qövmündən yalnız gənc bir birliyin iman etdiyini Allah belə bildirir:
 
Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil (gənclər) iman gətirdi... (Yunis surəsi, 83)

Kəhf surəsinin 10-cu ayəsində gənclərin bir yerə "sığındıqları" bildirilir. Hekayənin sonrakı ayələrindən aydın olduğuna görə, Kəhf Əhlinin mağaraya sığınmalarının səbəbi dövrün təzyiqçi sisteminin meydana gətirdiyi mühitdir. Öz fikirlərini rahat şəkildə söyləyə bilməyən, doğruları izah edə bilməyən, Allahın dinini lazım olduğu kimi təbliğ etmələri əngəllənən Kəhf Əhli, həll yolunu bu cəmiyyətdən uzaqlaşmaqda tapmışdır.
Bu ayədə, Axırzamanda da kommunist, faşist və ya başqa ideologiyadakı totalitar rəhbərliklər səbəbiylə bənzər bir mühit meydana gələcəyinə, bu rəhbərliklərin fikir və düşüncə azadlığını məhdudlaşdıracağına və dini yaşamaq istəyənlərin üzərində təzyiq meydana gətirəcəyinə işarə edilmiş ola bilər. Öz dövrlərindəki bənzər təzyiq səbəbiylə Kəhf Əhli mağaraya sığınmış və inkarçı qövmlərdən ayrılmışlar. Axırzamanda da insanlığa bəlalar gətirən kommunist və faşist sistemlərin təzyiqindən xilas olmaq üçün səmimi müsəlmanların gözlərdən uzaq olmaları, qeybət yəni, gizlilik içində olmaları ehtimaldır. Bu təzyiqdən uzaqlaşan müsəlmanlar, insanlar arasında çox görünməyəcəklər, özlərini cəmiyyətdən uzaqda tutacaqlar.
Ancaq bu vəziyyət, uzaqlaşıb gözləmə mənasında deyil. Kəhf Əhli mağaraya sığınmış, etdikləri işləri Allahın asanlaşdırması, özlərinə rəhmətindən yayması üçün dua etmişlər. Qısacası, Kəhf Əhlinin mağaraya sığınmasının səbəbi yalnız gözləmək deyil, özlərini bu müddət içində təkmilləşdirmək olmuşdur. Axırzamanda da totalitar rejimlərin olduğu yerlərdə təzyiq altında olan müsəlmanlar özlərini gizlədəcəklər. Bu vəsiləylə Allahın öz üzərlərindəki rəhmətini artırmasını, işlərini və dinə düşmən fikir axınlarına qarşı apardıqları mübarizəni daha da asanlaşdırmasını ümid edəcəklər.
Kəhf Əhlinin duasını Allahın bildirdiyi 10-cu ayədə çox əhəmiyyətli bir mövzuya daha diqqət çəkilir. İman edənlər hər işi edənin yalnız Allah olduğunu heç zaman unutmamalıdırlar. İnsan hər zaman ehtiyac içindədir, Allah qarşısında aciz və möhtacdır. Öz ağlı, öz səyi və gücü ilə bir şey etməsi mümkün deyil. Allah diləmədiyi zaman insanın nəinki bir işi nəticələndirməsi, əlini qaldırması, gəzməsi, hətta nəfəs alması belə mümkün olmaz. İnsanın hər an Allahın köməyinə, dəstəyinə və rəhmətinə ehtiyacı vardır. Quranda da insanın bu acizliyini və hər işi edənin Allah olduğuna dair bir çox ayə var. Allah Ənfal surəsində bu şəkildə buyurur:  
 
Onları siz öldürmədiniz, Allah öldürdü; atdığın zaman sən atmadın, Allah atdı. Möminləri yaxşı bir imtahandan keçirmək üçün (etdi.) Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir. (Ənfal surəsi, 17)

Hər şeyi yaradan, bütün işləri idarə edən Allahdır. İnsan isə səmimiyyəti və təslimiyyətiylə sınanır. Kəhf Əhli də bu həqiqəti bilən səmimi müsəlmanlar olduqları üçün mağaraya sığındıqları anda dərhal Allaha yönəlmiş, dualarla Allaha təslimiyyətlərini ifadə etmişlər. Kəhf Əhli, elmdə dərinləşməni təmin edəcək olanın da, hər istiqamətdən işlərini asanlaşdıracaq olanın də Allah olduğunu bilir, bu səbəblə, əvvəlcə Allahdan kömək istəyirlər. Bu vəziyyətdən da aydın olur ki, əsas olan insanın səmimi müsəlman olması və Rəbbimizə dua edib hər şeyi Ondan istəməsidir.