Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 58

Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər. (Kəhf surəsi, 58)

Ayədə Allahın qulları üzərindəki sonsuz şəfqət və mərhəməti xatırladılır. Rəhman olan Allah sonsuz mərhəmətini və lütfünü görünən, ya da görünməyən hər şeydə təcəlli etdirir. İnsanın tənəffüs etdiyi havadan yediyi yeməyə, ürəyinin hər an döyünməsindən, təbiətdəki qüsursuz gözəlliklərə qədər hər bir təfərrüat Allahın qulları üzərindəki sonsuz mərhəmətinin bir təcəllisidir. Bütün insanlar Allahın rəhmətiylə canlanıb, Allahın rəhmətiylə həyatlarını davam etdirirlər.
İnsanlardan bu nemətləri görən, yaradılış məqsədini qavrayaraq Allaha qulluq edənlər olduğu kimi nankorluq edərək Ondan üz çevirənlər də vardır. Allah dünya həyatında nemətlərini bütün insanlara əskiksiz olaraq təqdim edir. İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında tənəffüs etdikləri hava, içdikləri su daxil olmaqla gizli açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi onlara da mal-mülk, içində oturacaqlar gözəl evlər və soylarını davam etdirəcəkləri övladlar verər. Onları da gözəl nemətlərlə bəsləyər. Onlara da sağlamlıq, güc və gözəllik verər.
Allah dünya həyatında inkar edənləri bəlkə dinə dönərlər, düşünüb dərk edərlər və bəlkə şükür edərlər deyə bu nemətlərdən yararlandırır. Lakin bu yararlanmaq yalnız dünya həyatındadır. Axirətdə isə bütün nemətlər, bunları Allaha yaxınlaşmaq və Onun razılığını axtarmaq üçün istifadə edən və Ona şükür edən möminlərə aiddir. Çünki Allah Rəhimdir və O, cənnəti yalnız mömin qullarına müjdələmişdir. Ayələrdə bu mövzuda belə buyurulur:

Ancaq tövbə edən, iman edən və saleh əməllər edənlər (onların xaricindədir); Bunlar cənnətə girəcəklər və heç bir şeylə zülmə məruz qalmayacaqlar.
 
Ədn cənnətləri (onlarındır) ki, Rəhman (olan Allah, onu) Öz qullarına qeybdən vəd etmişdir. Şübhəsiz ki, Onun vədi yerinə gələcəkdir. (Məryəm surəsi, 60-61)

Kəhf surəsinin burada açıqladığımız ayəsində vurğulanan bir digər mövzu isə, Allahın əzaba uğradacağı hər cəmiyyət üçün müəyyən edilmiş bir vaxt olduğudur. Hər insanın və hər tayfanın hansı gün, hansı saat, nə şəkildə bir əzabla qarşılaşıb həlak olacağı Allah Qatında müəyyəndir. Allah, "Heç bir ümmət özünə təsbit edilmiş əcəlini nə qabaqlaya bilər, nə təxirə sala bilər." (Muminun surəsi, 43) ayəsiylə bu həqiqəti bildirmişdir.
Ölkələri həlaka uğradacaq olan zəlzələnin, selin, qasırğanın, ya da hər hansı bir əzabın gəliş vaxtı, şiddəti, nə qədər davam edəcəyi, necə bir təsir meydana gətirəcəyi Allahın qədərdə təqdir etdiyi halıyla bəllidir. Bütün zamanları əhatə edən Rəbbimiz, inkar edərək hesab gününə inanmayan bu insanların taleyində o günü, hətta dəqiqəni və saniyəni təyin etmişdir. Allah Taha surəsində bu şəkildə bildirir:
 

Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!” – deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq. (Taha surəsi, 97)