Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 17

Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən. (Kəhf surəsi, 17)

Bu ayədə müsəlmanların evlərinin günəş almasının əhəmiyyətinə diqqət çəkilə bilər. Bir evə, mümkün qədər, həm batarkən, həm də doğarkən günəşin gəlməsi çox əhəmiyyətlidir. Bunun sayəsində, günəş şüalarının müsbət təsirlərindən faydalanma imkanı meydana gəlir, daha sağlam bir mühit meydana gəlir. Ayədə həmçinin geniş və rahat evlərin də əhəmiyyətinə diqqət çəkmiş ola bilər. Yaşanan məkanları, imkanlar ölçüsündə geniş, işıqlı, günəş düşən və rahat bir hala gətirmək, möminlər üçün zövqlü, rahat və hüzurverici olacaq.
Bu ayədə -daha əvvəl də vurğuladığımız kimi hidayətin əhəmiyyətinə də diqqət çəkilir. Ancaq Allahın hidayət verdiyi insanın qurtuluşa çatacağı, hidayət vermədiyi insanın isə sonsuz bir əzabla qarşılıq görəcəyi açıqlanır.

Kəhf surəsinin 17-ci ayəsində təbliğ edən insanın hüzurla, səbirlə, etidallı və sakit bir şəkildə dini izah etməsinə, hidayəti verəcək olanın Allah olduğunu heç bir şəkildə unutmamalı olduğuna təkrar diqqət çəkilir. Allah bir ayəsində " Dində məcburiyyət (təzyiq) yoxdur. Artıq doğruluq (rüşd) azğınlıqdan ayrılmışdır. Artıq kim tağutu inkar edib Allaha iman gətirsə, o, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir." (Bəqərə surəsi, 256) şəklində buyurur. Əgər bir insan edilən təbliğə müsbət reaksiya vermir, inkar etməkdə dirənirsə bu vəziyyətdə təbliğ edən insana düşən şey, Allaha təvəkkül etmək və heç bir şəkildə qarşısındakı insana təzyiq göstərməməkdir.