Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 35-36

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 35-36)

Ayələrdə nankorluq edən bağ sahibinin açıq şəkildə Allaha qarşı təkəbbürləndiyi bildirilir. Bu insan, sahib olduğu bağların başına sonsuza qədər bir şey gəlməyəcəyini iddia edir, bu sözləri ilə bir növ ilahlıq iddiasında olur.
Halbuki sonsuz olan yalnız Allahdır. Vaxtı və məkanı yaradan Allah, bunlardan münəzzəhdir. Allahın Xaliq ismi "Hər şeyin varlığını və varlığı boyunca görüb keçirəcəyi halları, hadisələri təyin və təsbit edən, və ona görə yaradan, yoxdan var edən" mənasındadır. İnsanın, ilk var olduğu zamandan ölümünə qədər hər anı Allah Qatında canlı olaraq mövcuddur. Allahın sonsuz hafizəsində hər şey olduğu kimi durur. İnsanların yaşadıqları hadisələri, başlarına gələn hadisələri və həyatlarındakı hər cür təfərrüatı Allah yaratmışdır və bunların heç biri yox olmaz. " ... Bu, Allahın göylərdə və yerdə nə varsa hamısını bildiyini və Allahın, həqiqətən hər şeyi Bilən olduğunu anlamanız üçündür" (Maidə surəsi, 97) ayəsində bildirildiyi kimi, hər şey ən kiçik təfərrüata qədər Allah Qatında mühafizə edilir.
Allah zamandan münəzzəh olduğu üçün, Onun dərgahında hər şey bir anda baş vermiş və nəticəsinə çatmışdır. İnsan yaradılışına uyğun zamana bağlı olaraq yaşadığı üçün yaşadıqlarını keçmiş, indi və gələcək müddəti içində izləyər. Halbuki bizim yaddaşımızda bir xatirə olaraq var olan və "keçmiş" deyə təyin etdiyimiz hadisələr yalnız bizim üçün "keçmiş"dir. Planlarını qurduğumuz və "gələcək" deyə adlandırdığımız naməlum olanlar isə yenə yalnız bizim üçün naməlumdur. Allah üçün keçmiş, gələcək, indi hamısı birdir. Məhz bu səbəblə Allaha heç bir şey gizli qalmaz. Çünki bunların hamısını yaradan Allahdır və Allah hər şeyi tək bir anda bilir. Necə ki, Loğman surəsində də bu həqiqətə belə diqqət çəkilmişdir:
 
"Ey oğlum, (Gördüyün iş) həqiqətən bir xardal dənəsi ağırlığında olsa da, (bu,) bir qayanın içində, yaxud göylərdə və ya yer (in dərinliklərində) də olsa belə, Allah onu gətirər (aşkar edər). Həqiqətən, Allah Lətifdir, (hər şeydən) xəbərdardır." (Loğman surəsi, 16)

Bütün hadisələr Allahın "Ol" deməsiylə olmuş və bitmişdir. Bütün zamanların, aləmlərin, məkanların üstündə olan və bütün nöqsanlardan münəzzəh olan Allah üçün, yaratdığı kainatdakı bütün hadisələr tək bir an hökmündədir. Hz. Musanın, Kəhf Əhlinin, hz. Xızırın, hz. Zülqərneynin, hz. Məhəmməd (s.ə.v)-in və digər peyğəmbərlərin həyatlarından verilən nümunələrin reallaşdığı zamanla bizim yaşadığımız zaman da Allah qatında tək bir andır. Bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatları da eyni "an"ın içində davam edir. Allah qatında qiyamət qopmuş, bütün insanlar sonsuz həyatlarını keçirəcəkləri yerlərə getmişlər. Allaha iman edənlər hal-hazırda cənnətdə, inkarçılar isə hal-hazırda cəhənnəmdə əzab çəkirlər.
İnsanlar arasında yayılmış olan batil bir inanca görə, Allah kainatı və insanı yaratmış, onlara bir müddət vermişdir və onların sınanmalarını gözləyir. Kainatın ömrü bitənə qədər də gözləyəcək. (Allahı tənzih edirik) Lakin həqiqətdə Allahın gözləməsindən əsla bəhs edilə bilməz. Gözləmək insana xas bir acizlikdir. Allah isə insanların yaşadığı bütün acizliklərdən uzaq və ucadır. Allahın Quranda Özünü tanıtdığı Kuddüs sifəti, "səhvdən, qəflətdən, acizlikdən və hər cür əskiklikdən çox uzaq" mənasındadır. Bu səbəblə Allah bütün insanların keçmişlərinə, gələcəklərinə və yaşadıqları bütün hadisələrə bütün təfərrüatlarıyla hakimdir. Lakin insan, sınanma yeri olan bu dünya həyatında zamanı, keçmişdən gələcəyə doğru axan, yəni başlanğıclı və sonlu olduğunu zənn edər. Halbuki Allah Qatında əvvəl-sonra, keçmiş-gələcək deyə bir şey yoxdur. Hər şey, bütün insanlar, bütün canlılar eyni anda yaşayar, bütün zamanlar, bütün dövrlər, bütün çağlar, bütün tarixlər və hətta bütün günlər, bütün saatlar, dəqiqələr eyni anda vardır. İnsan məhdud zehin həcmi səbəbiylə bunu görə bilməsə də bu həqiqət açıqdır.
Məhz möminlərin Allahın böyüklüyünü təqdir edə bilmələrinin, Allaha təslim olmalarının və güvənlərinin əsas səbəbi budur. Möminlər, Allahın özlərini və hər şeyi necə əhatə etdiyini və Allaha nə dərəcə möhtac olduqlarının, Onun böyüklüyü yanında nə cür kiçik olduqlarının şüurundadırlar.
Möminlər Allahın ucalığını və qüdrətini təqdir edə bilən, hadisələrin ardında gizli hikmətləri, incəlikləri qavraya bilən kəslərdir. Bu səbəbdən də Allaha könüldən boyun əymişlər.
Kəhf surəsinin 36-cı ayəsində bəhs edilən "... Buna baxmayaraq Rəbbimə qayıtmalı olsam, şübhəsiz bundan daha xeyirli bir nəticə tapacağam" ifadəsi isə Allahdan qorxmayaraq, Allahın hökmlərini yerinə yetirməyərək cənnətə gedəcəklərini zənn edən insanları təsvir edir. Bu insanlar özlərini müstağni görür, Allaha qarşı təkəbbürlənirlər.
Dünya üzərində Allaha iman etdiyini və Quranın haqq olduğuna inandığını söyləyən, ancaq Allahdan heç qorxmayan insanların sayı olduqca çoxdur. Bu insanlar Allahın hökmlərini yerinə yetirməz, halal və haramlara riayət etməz, elçinin yolunu izləməzlər. Ancaq buna baxmayaraq öldüklərində cənnətə gedəcəklərini dair çox güclü bir inancları vardır.
İman edənlər isə "Onlar, haqq-hesab gününü təsdiq edirlər. Rəbbinin əzabına qarşı (daimi) bir qorxu duyurlar. Şübhəsiz ki, Rəbbinin əzabından əmin olunmaz" (Məaric surəsi, 26-28) ayələrində bildirildiyi kimi cənnət nemətlərinə görə bir ümid, cəhənnəm əzabına qarşı bir qorxu içindədirlər. İman edənlərin bu ruh halına "Ona qorxaraq və ümid edərək dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır" (Əraf surəsi, 56) ayəsində də işarə edilir. Çünki Allah ayələrində heç bir insanın cəhənnəm əzabı ilə qarşılaşmaqdan əmin ola bilməyəcəyini xatırladır, inkar edənlərin isə şübhəsiz bu şiddətli əzabla qarşılıq tapacaqlarını xəbər verir:
 
Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi? (Yusif surəsi, 107)
 

Artıq “Alçaq hiylələrə, Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi? (Nəhl surəsi, 45)