Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 57

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)

Elçlərin etdikləri açıq-aşkar dəvətlərə və xatırlatmalara baxmayaraq insanların çox böyük bir hissəsi ayələrdən üz çevirər. Ancaq Allahın bu ayəsində də xəbər verdiyi kimi, onların bu küfrləri də Allahın diləməsiylə və əmri ilə həyata keçir. Bu kəslərin inkar içində olmaları, məsxərələri və anlayışsızlıqları onlar üçün müəyyən edilmiş bir hökmdür. Anlamaq üçün nə qədər cəhd etsələr, nə qədər iradə göstərsələr də bunu bacara bilməzlər. Onlar da qədərlərini yaşamaq məcburiyyətindədirlər.
Hidayəti verən ancaq Allahdır. Və Allah küfrü bu kəslərin qədərinə yazmışdır. Bu səbəbdən heç bir dəvətin, ya da təbliğin bu insanlar üzərində Allah diləmədikcə təsir etməsi mümkün deyil. Allah onların inanmalarını ürəklərinə pərdə endirərək əngəlləmişdir. Ayələrdə bu şəkildə bildirilir:

Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar.... (Ənam surəsi, 25)
 
Allah onların ürəyinə və qulağına möhür vurmuşdur; Gözlərində də pərdə vardır. Və onları böyük bir əzab gözləyir. (Bəqərə surəsi, 7)

Allah bu insanların "sonsuza qədər" inanmayacaqlarını Quranda bildirmişdir. Rəbbimiz bu ayə ilə bizlərə qədərin dəyişməsinin əsla mümkün olmadığını, -biz nə qədər cəhd etsək də- bir insanın taleyindən kənar heç bir şey yaşaya bilməyəcəyini xatırladır.