Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 106

Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir. (Kəhf surəsi, 106)

Kəhf surəsinin 106-cı ayəsində də inkar edənlərin Allahı, peyğəmbərini və ayələrini məsxərəyə qoyduqları üçün cəhənnəm əzabıyla cəzalandıracaqlarından bəhs edilir. Lağ, inkar edənlərin Quranı dinləməmək üçün ən tez müraciət etdikləri üsuldur. Allah inkar edənlərin bir-birlərinə sanki vəsiyyət etdikləri bu əxlaq pozğunluğunu bir ayəsində belə bildirir:

Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər. Onlara haqq gəldikdə onu yalan saydılar; lakin lağ etdiklərinin xəbərləri onlara gələcəkdir. (Ənam surəsi, 4-5)

Bir başqa ayədə isə bu şəkildə ifadə edilir:
 
Dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər. (Zuxruf surəsi, 47)

Bu kəslərin lağ etmələrinin arxasında duran ən əhəmiyyətli səbəb isə izah edilənləri dinləmək istəməmələridir. Çünki daha əvvəl də ifadə etdiyimiz kimi bu həqiqətlərə qulaq asdıqlarında vicdanlarının hərəkətə keçəcəyindən, axirətin varlığının, ölümün və dünya həyatındakı məsuliyyətlərinin ağıllarına gələcəyindən qorxurlar. Bu səbəblə də lağ edərlər. Allahın elçiləri vasitəsiylə endirdiyi dinlərlə lağ etmək qəsdiylə öz ağıllarına görə karikaturalar çəkər, yumorlu yazılar yazar, bununla əylənər və Quranda bildirilən həqiqətləri unutmağa çalışarlar.
Məsxərə, bir fikri açıqlaması, qarşısındakı fikrə qarşı gətirə biləcək bir dəlili olmayan kəslərin, bu zəifliklərini və komplekslərini gizlətmək üçün istifadə etdikləri cahilcə bir üsuldur. Məsxərə edərək öz küfrünü haqlı göstərməyə çalışan bu kəslər, Allahın "(Əsl) Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər" (Bəqərə surəsi, 15) ayəsiylə də bildirdiyi kimi, ancaq qısa bir müddət bu məsxərələrini davam etdirə biləcəklər. Ölüm gəldiyi zaman "... istehza etdikləri şey də onları bürüyəcəkdir" (Zumər surəsi, 48) ayəsinə uyğun bir mühitlə qarşılaşacaqlar. Allah başqa ayələrində də Quran ayələri ilə istehza edənlərin cəhənnəm əzabı qarşısındakı vəziyyətlərini bu şəkildə təsvir edir:

Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edir və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı dirildiləcəklər?” De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar. Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!” Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür! (Saffat surəsi, 12-21)