Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Kəhf surəsində əbcəd dəyərləri

Sayt boyunca Kəhf surəsində Axırzamana istiqamətli bir çox işarə olduğunu ifadə etdik. Necə ki, bəzi ayələrin əbcəd dəyərləri də dövrümüzə çox yaxın zamanlara xitab edir. Bu ayələrdən bəziləri bu şəkildədir:


..Onların qəlbinə qüvvət verdik.... (Kəhf surəsi, 14)
HİCRİ: 1400 MİLADİ: 1979
 
O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. ... (Kəhf surəsi, 95)
HİCRİ: 1409, miladi: 1988 (şəddəsiz)  
 
Həqiqətən Biz ona yer üzündə möhkəm bir iqtidar verdik ... (Kəhf surəsi, 84)
HİCRİ: 1440, miladi: 2019 (şəddəli)

Kəhf surəsində hicri 14-cü əsrin əvvəlinə, yəni miladi olaraq XX əsrin sonu və XXl əsrin əvvəlinə baxan bir işarə isə Kəhf surəsinin sıra nömrəsi ilə ayə sayının bir-birinə vurduqda əldə edilən 1980 rəqəmidir. Bu rəqəm hicri 14-cü əsrin əvvəllərinə uyğun gəlir.

18-ci surə Kəhf surəsi 110 ayə 18 x 110 = 1980
Bədiüzzaman Səid Nursi də bir çox sözündə Axırzamanın başlanğıcı olaraq eyni tarixlərə işarə etmişdir. Məsələn, bir sözü bu şəkildədir:
Məhz bu həqiqəti bilməyən insafsız insanlar deyirlər ki: "Axirətin təfsilatını dərs alan ayıq qəlbli, kəskin nəzərli olan səhabələrin fikirləri nə üçün min il həqiqətdən uzaq olaraq fikirlərindən çıxmış kimi, istikbal-i dünyəvidə min dörd yüz il sonra gələcək bir həqiqəti əsrlərində yaxın zənn etmişdilər?

Ustad burada, səhabələrin yaşadığı dövrdən "1400 il sonra"sından bəhs edərək, Axırzamanın 1980-ci illərə uyğun gəldiyini işarə etmişdir. Burada nə 1373, nə 1378, nə də 1398 deyilməmiş, tam 1400 deyilmişdir. Yəni hz. Mehdinin hicri 1400-cü illərdə vəzifəyə başlayacağını açıq və dəqiq olaraq ifadə etmişdir.